Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkum olunmuş Mirsadiq Abdullayev saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, M.Abdullayevdən ümumilikdə dörd kiloqram marixuana, heroin və metamfetamin, əlavə olaraq 100 ədəd metadon həbi aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər