Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kişi üç uşaq anası olan sevgilisini evində döydü
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Zaman Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Zaman Cəfərovun barəsindəki cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınıb.
İttihama görə, hadisə 2024-cü il aprelin 5-də gecə saat 23 radələrində Abşeron rayonunda qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Zaman Cəfərov qeyri-rəsmi ər-arvad münasibətində olduğu sevgilisi, özündən yaşca böyük olan 3 uşaq anası Nərmin Səfərovanı (şərti) qadının yaşadığı evdə döyüb. Buna səbəb zərərçəkmişin ondan ayrıldığını, münasibətlərinin pozulduğunu deməsi olub. Nəticədə Zaman Nərminə hücum edərək qəsdən onun hər iki əl, qol nahiyələrindən tutub sıxıb, ardınca əl, yumruq zərbələri ilə sifət, baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub.
Hadisədən sonra qadının şikayəti ilə Zaman Cəfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
"Qadınlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ
- Oğlunun gənc qıza etdiyi zorakılıq Rusiyada erməni diaspor rəhbərinin başında "partladı"
- Bıçağı qohumu olan qızın boğazına dirəyib qaçırmaq istəyən şəxsə AĞIR CƏZA
- Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
- Bakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi
Rəylər