Paytaxtın Suraxanı rayonunda kürəkənini öldürməyə cəhddə təqsirləndirilən Yusif Mahmudov və oğlu Allahverdi Mahmudovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən son prosesdə hökm oxunub və hər iki şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Bakının Suraxanı rayonunda baş verib.
Yusif və Allahverdi Mahmudovlar kürəkəni Ağasəlim Məmmədovu aralarında yaranan mübahisə zəminində ona xəsarət yetirməklə öldürməyə cəhddə təqsirli biliniblər.
Ata ilə oğlu barəsində CM-nin 29,120.2.1-ci maddəsi ilə cinayət işi başlanılaraq onlara qarşı ittiham irəli sürülmüşdü.
Kürəkənini öldürməyə cəhd edən ata ilə oğluna ağır cəza verildi
Elgün Həsənli
Rəylər