Abşeron Rayon Məhkəməsində qəza törətməkdə təqsirləndirilən Mahir Nəbiyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 16 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində qeydə alınıb.
Belə ki, Mahir Nəbiyevin idarǝ etdiyi BMW markalı minik avtomobili ilə R.Məmmədovun idarə etdiyi "Mercedes-Benz" markalı betonqarışdıran yük maşını toqquşub. Nəticədə yük avtomobili aşaraq yol kənarındakı avtobus dayanacağına çırpılıb. Zərbənin təsirindən dayanacaq piyada, 1970-ci il təvəllüdlü Sevda Məmmədovanın üzərinə aşıb. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisədən sonra Mahir Nəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Rəylər