Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri tədbir nəticəsində rayon ərazisində təyin olunmayan yerdə V.Qurbanov adlı şəxsin qanunsuz ov etdiyi müəyyən edilib.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Oxu.Az-a bildirilib.
Vurğulanıb ki, ondan bir ədəd ov tüfəngi və qanunsuz ovladığı çöl quşları aşkarlanıb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.
Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmayan 12 ədəd tüfəng aşkarlanaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Rəylər