Bakıda tanışlar arasında bıçaqlanma hadisəsi olub.
APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Qurban Sultan oğlu Muradov Maştağa qəsəbəsi, döngə 3 ünvanında olan zaman tanışı Zöhrab Zakir oğlu Məmmədov ilə aralarında yaranmış mübahisə nəticəsində sonuncuya bıçaqla xəsarət yetirib. Qurban Sultan oğlu Muradov saxlanılaraq istintaqa təhvil verilib.
Digər bıçaqlanma hadisəsi isə Biləcəri qəsəbəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Yevlax rayon sakini Namiq Tanrıverdi oğlu Behbudov Biləcəri qəsəbəsi, Dəyirman yolunda yerləşən marketin yaxınlığında bir ədəd daxilə nüfuz edən bıçaq xəsarəti alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə törədən şəxsin Rahiz Rafiq oğlu Məmmədov olduğu müəyyən edilərək saxlanılıb.
Hər iki fakt üzrə araşdırma aparılır.
Rəylər