"İdeal" saytının həbsdə olan rəhbəri Nazim Quliyev barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.
APA xəbər verir ki, bununla bağlı istintaq orqanının təqdimatına Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb.
Məhkəmə təqdimatı təmin edib, N.Quliyevin həbs müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan Nazim Quliyev iki nəfərə qarşı dələduzluqda ittiham olunur.
Nazim Quliyev 2009-cu ildə rüşvət, hədə-qorxu ilə tələb etmə və digər cinayətlərdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. O, 2020-ci ildə azadlığa çıxıb.
Rəylər