Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər də analoji əməlinə görə məhkum olunmuş Süleyman Dadaşlı saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib.
Vurğulanıb ki, ondan bir kiloqrama yaxın heroin aşkar olunub. Saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan şəxsdən satmaq məqsədi ilə aldığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, S.Dadaşlı barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Rəylər