Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə rayon sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən Orxan Qurbanov saxlanılıb.
Oxu.Az xəbər verir ki, saxlanılan şəxs zərərçəkmişə "ZiL" markalı yük avtomobili alıb verəcəyi vədi ilə aldadaraq onun 3 500 manat pulunu və 1 500 manat dəyərində olan köhnə nəqliyyat vasitəsini ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Rəylər