Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qısqandığı üçün arvadını qətlə yetirən şəxs hakim qarşısına çıxarıldı
Paytaxtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Vəliyevin cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı ona qarşı irəli sürülmüş ittihamın istintaq zamanı sübuta yetirilməsini əsas gətirərək Bəxtiyar Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsini təklif edib. Qısa müşavirədən sonra iş məhkəmə istintaqına verilib və ilk baxış iclası dekabrın 11-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il avqustun 17-də Sabunçu rayonu ərazisində 1999-cu il təvəllüdlü Xumar Həsənlinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla 1997-ci il təvəllüdlü Bəxtiyar Vəliyevin rayon ərazisində yaşadıqları fərdi yaşayış evində arvadı Xumar Həsənliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisənin ailədaxili qısqanclıq zəminində törədilməsi bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə Bəxtiyar Vəliyev Sabunçu rayon prokurorluğu tərəfindən həmin Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyat keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Elgün Həsənli
"Qadınlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Hollivudda 80-dən çox aktrisanı zorlayan rejissor "antisanitariya"ya görə həbsxananı məhkəməyə verir
- Bakıda ata qızını anasının evinə getdiyinə görə döydü - MƏHKƏMƏ
- Torpaq bölgüsünə görə keçmiş arvadını döyən şəxsə CƏZA VERİLMƏDİ
- Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı
- Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu
Rəylər