Sabirabadda 33 yaşlı qadın kimyəvi maddə içərək intihar edib.
APA-nın məlumatına görə, beş gün əvvəl heyvanlarda parazitlərə qarşı istifadə olunan kimyəvi preparatı içən qadın Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini, 1991-ci il təvəllüdlü Aygün Zöhrab qızı Əliyeva Şirvan xəstəxanasında ölüb.
Beş gün sonra eyni preparatı içən onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Xalid Yavər oğlu Əliyev həmin kimyəvi maddədən toksiki zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Rəylər