"Abzas Media"nın direktoru Ülvi Həsənli və onun müavini Məhəmməd Kekalovun həbs müddəti uzadılıb.
"Report" xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında onların barəsində olan həbs qətimkan tədbiri üç ay müddətinə uzadılıb.
Qeyd edək ki, Ü.Həsənli və M.Kekalov ötən ilin noyabrın ayında "Abzas Media" işi ilə əlaqədar saxlanılıblar. Daha sonra isə onların barələrində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinirlər.
"Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı barəsində olan həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
"Report" xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.
Qeyd edək ki, o, ötən ilin noyabr ayında "Abzas Media" işi ilə əlaqədar saxlanılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.
Sevinc Vaqifqızı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinir.