Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyevaya inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-ci (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə, vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Direktor isə protokoldan şikayət verib.
İş Zaqatala Rayon Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə araşdırılacaq.
Rəylər