Yasamal rayonu ərazisində yerləşən uşaq bağçalarından birinin divarından kombi aparatı oğurlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən O.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər