ABŞ-li Kristina Lav ani verdiyi qərara görə, dollar milyoneri olub. Belə ki, uzun illər "Fantasy 5" lotereyası oynayan 74 yaşlı qadın yeni bilet alarkən son anda qərarını dəyişərək "Powerball" lotereyasını alır.
Oxu.Az-ın Lenta.ru-ya istinadla məlumatına görə, bu spontan qərar ona gözlənilməz bir sürpriz - bir milyon dollar məbləğində uduş gətirib.
Miçiqanlı qadının sözlərinə görə, səhər bileti yoxlayarkən böyük cekpotun sahibi olduğunu görüb və sevincindən qışqırmağa başlayıb, bununla da heç nədən xəbərləri olmayan ailə üzvlərini qorxudub. Bundan sonra onlar uduşun həqiqiliyinə əmin olmaq üçün hər rəqəmi bir neçə dəfə yenidən yoxlayıblar.
Təqaüdçü qadın aldığı pulu bütün ailəsinin rahat yerləşə biləcəyi böyük bir ev almağa xərcləməyi planlaşdırır.