Çinli tələbələr kolleclərin yataqxanalarına köçmək üçün qeyri-adi bir üsul düşünüblər. Belə ki, gənclər çamadan əvəzinə zibil qutularından istifadə etmək qərarına gəliblər.
Oxu.Az-ın "Koroçe" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, Çinli tələbələr arasında sürətlə yayılan bu yeni "trend" sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Gənclərin sözlərinə görə, zibil qutuları adi çamadanlardan daha tutumludur və bu, daha çox əşya götürməyə imkan verir. Bununla yanaşı, onlar çamadanlardan daha az yer tutur.
Tələbələr zibil konteynerlərini daha unikal və dəbli aksesuara çevirməyin də yolunu tapıblar - onları stikerlər, şəkillər və yazılarla bəzəyirlər. Bəziləri hətta içindəkilərin təhlükəsizliyini təmin etmək üçün konteynerlərə qıfıllar da quraşdırırlar.
Lakin bu "trend" kommunal xidmət işçilərinin narazılığına səbəb olub. Onlar gəncləri bələdiyyə əmlakını oğurlamamağa çağırırlar.
Çinli tələbələr kolleclərin yataqxanalarına köçmək üçün qeyri-adi bir üsul düşünüblər. Belə ki, gənclər çamadan əvəzinə zibil qutularından istifadə etmək qərarına gəliblər.