Türkiyəli həvəskar balıqçıların toruna 41 kq çəkisində nəhəng qruper düşüb.
Oxu.Az-ın "Haber Global"a istinadla məlumatına görə, sosial şəbəkələrdə müzakirələrə səbəb olan balıq Edirnədə Meriç çayından tutulub.
Bildirilir ki, Aralıq dənizinin ən böyük balıqlarından biri olan və daş xanı balığı kimi də tanınan qruper adətən 20-30 kq çəkidə olur. Buna görə də Çanaqqaladan olan İsmayıl Yeni və Ayhan Ardanın nəhəng ovları ölkədə böyük maraqla qarşılanıb.
Balıqçılar ovlarını yerli balıq mağazasına kiloqramı 170 lirəyə (təxminən 8.5 manat) satıblar.
Həvəskar balıqçılar maraqlı hobbilərini davam etdirməyi planlaşdırırlar.