"Hindistanlı Nostradamus" adı ilə tanınan Kuşal Kumar Üçüncü Dünya müharibəsinin başlamasına bir neçə gün qaldığını bildirib.
Oxu.Az-ın "Tsargrad"a istinadla verdiyi məlumata görə, o, tarixləri - dörd və ya beş avqust olaraq proqnozlaşdırıb.
Kumarın sözlərinə görə, qlobal münaqişə bu yay artıq üç dəfə başlaya bilərdi.
Qeyd edək ki, onun ilk proqnozu 18 iyuna işarə edirdi. Daha sonra, astroloq dünya müharibəsinin başlanma tarixini 24 və 26 iyuna "keçirmişdi".
KİV-də yayılan məlumata görə, "hindistanlı Nostradamus"un bütün əvvəlki proqnozları həyata keçib. Xüsusilə, o, İsrail və HƏMAS, hər iki Koreya tərəfi, Çin və Tayvan, həmçinin Rusiya və NATO arasında münaqişələri əvvəlcədən xəbər verib.
Öncəgörən öz proqnozları üçün vedik astrologiya xəritəsindən istifadə edir.
"Hindistanlı Nostradamus" Üçüncü Dünya müharibəsinin başlayacağı tarixi AÇIQLADI