Qvatemalada Aqua vulkanı üzərində "yüksələn ildırımlar" adlanan nadir təbiət hadisəsi baş verib. Bu, buludlardan yerə deyil, əksinə, yerdən buludlara vuran nadir ildırım növüdür. Adətən belə ildırımlar göydələnlər, dağlar və ya vulkanlar kimi hündür obyektlər üzərində yaranır.
Oxu.Az-ın məlumatına görə, "işıq şousu"nun kadrları tez bir zamanda sosial şəbəkələrdə yayılıb və istifadəçilərin heyranlığına səbəb olub.
Qeyd edək ki, yüksələn ildırımlar bütün ildırımların 5%-dən azını təşkil edir və hələ də az öyrənilmiş fenomen olaraq qalır. Alimlər hesab edirlər ki, onlar yer səthində elektrik sahəsi fırtına buludundakından daha güclü olduqda yaranır. Bu, fırtına zamanı yerdə müsbət yüklərin toplanması nəticəsində baş verə bilər.
Qeyd edək ki, hündürlüyü 3760 metr olan Aqua vulkanı Qvatemalanın qədim paytaxtı Antiqua-Qvatemalaya əhatə edən üç vulkandan biridir.