Avtomobil sənayesinin lüks simvolu olan "Mercedes S-Class" satışların azalması səbəbindən çətin günlər keçirir. İlin birinci rübündə, "AMG" və "Maybach" modelləri də daxil olmaqla, "S-Class"ın satışları 37% azalaraq cəmi 16 900 ədədə düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "motor1" məlumat yayıb.
Almaniya brendi ikinci rüb üçün "S-Class"ın satışına dair detalları açıqlamayıb. Lakin "S-Class", "EQS", "EQS SUV" və "GLS"in birlikdə satışları 23% azalaraq 33 400 ədədə enib.
Bu vəziyyəti nəzərə alaraq, "Mercedes"in ən bahalı modelinin istehsalını azaltması barədə şayiələri təsdiqləməsi təəccüblü deyil. Şirkətin nümayəndəsi "S-Class"ın Zindelfingen şəhərindəki zavodda istehsalın tək növbədə olacağını açıqlayıb.
"Mercedes" "S-Class"a yenilənmə üzərində işləyir.
Bir neçə il əvvəl "S-Class Coupe" və "S-Class Convertible" modellərinin də olduğunu unutmayaq. Lakin hər ikisi istehsaldan çıxarıldı və dolayısıyla yeni "2+2 GT Coupe" və "SL" modelləri ilə əvəz olundu.