ABŞ-də keçirilən dinləmələrdə ilk dəfə olaraq 2023-cü ilin iyununda faciəvi şəkildə batan "Titan" batiskafının qalıqları nümayiş etdirilib.
Oxu.Az-ın CNN-ə istinadla verdiyi məlumata görə, görüntü "Pelagic Research Services" tədqiqat şirkəti tərəfindən təqdim edilib.
Kadrda aparatın əzilmiş arxa hissəsinin Şimali Atlantikanın dibində, əfsanəvi "Titanik"in qəzaya uğradığı yerdən bir neçə yüz metr məsafədə yerləşdiyi görünür.
Ekspertlər fəlakətin səbəbinin təxminən 4 kilometr dərinlikdə əks partlayışa bənzər prosesin (suyun nəhəng təzyiqi səbəbindən) baş verməsini göstərirlər.
"Titan"dan alınan son mesaj belə olub: "İki çəki atdım".
Bu, ekipajın səthə qalxmaq üçün ümidsiz cəhdini göstərir, lakin bir neçə saniyə sonra aparat ilə əlaqə həmişəlik kəsilib.
Qeyd edək ki, əfsanəvi "Titanik" gəmisinə dalış cəhdi zamanı faciə batiskafın göyərtəsində olan beş nəfərin - "OceanGate" şirkətinin direktoru Stokton Raş, təcrübəli pilot Pol-Henri Narjole, britaniyalı milyarder Hemiş Harding və Pakistan-Britaniya iş adamı Şahzadə Davud və 19 yaşlı oğlu Süleymanın həyatına son qoyub.