Azərbaycanlı rəssam Vüqar Quliyev ABŞ-də keçirilən sərgidə birinci yerə layiq görülüb.
Oxu.Az xəbər verir ki, Virciniyadakı "Arlington Artist Alliance" qalereyası Arlinqton, Folls-Çörç, İsgəndəriyyə və Vaşinqtondan olan rəssamları ilk regional sərgiyə ərizə təqdim etmək üçün dəvət edib.
ABŞ-də yaşayan rəssam Vüqar Quliyev sərgiyə "Absurd night walk" (Absurd gecə gəzintisi) tablosu ilə qatılıb və birinci yerə layiq görülüb.
24 noyabradək davam edəcək sərgi, rəssamların "Dəyişdirilmiş vəziyyətlər" adlı sərgisinin interpretasiyasını şərh edir. Sərginin kuratoru Rozmari Feyt Kovidir.
Firəngiz Ağalarova
Rəylər