Mədəniyyət Nazirliyi Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, milli operamızın banisi Üzeyir Hacıbəylinin Hadrutda çalışdığı məktəblə bağlı süjet hazırlayıb.
Süjetdə qeyd edilib ki, sözügedən təhsil ocağı Qarabağın tarixi memarlıq tərzinə uyğun inşa edilib və Üzeyir Hacıbəyovun ilk dəfə müəllim kimi fəaliyyətə başladığı binadır.
Dahi bəstəkar 1904-cü ildən 1905-ci ilədək bu binada dərs deyib və həmin ildən sonra Üzeyir bəyin burada müəllim kimi çalışması artıq mümkün olmayıb.
Həmin məktəb binasından görüntüləri təqdim edirik:
Rəylər