"Mədəniyyət sahəsində çalışan bəzi şəxslər var ki, onların hərbi xidmətə cəlb edilməsinə baxış fərqli olmalıdır, bu həssas istiqamətdir. Bura xoreoqrafiya, balet, milli rəqs və incəsənətin digər həssas sahələrində çalışan insanlar aiddirlər".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.
O qeyd edib ki, bu kimi sahələrdə çalışan sənətçilərin hərbi mükəlləfiyyətə münasibətində qanunvericiliyin verdiyi imkanlar alternativ hərbi istiqamətlərinin təbliğ edilməsi və qanunvericilikdə bunun əsaslarının müəyyən edilməsi sahəsində işlər aparılır, işçi qrupu səviyyəsində mövzu müzakirə olunur.
"Təbii ki, burada dünya təcrübəsi nəzərə alınmaqdadır. Çünki elə sahələr var ki, biz gərək sənətçilərimizin cəlb edilməsi və qorunması məsələsini təmin edək. Çünki bu sənət sahələri həssas sahələridir. Bu sahənin adamlarının yaradıcılığının ortaya qoyulması böyük zaman tələb edir. Təbii ki, hər bir şəxsin hərbi xidmət keçmək borcudur, lakin bunun alternativ istiqamətləri də var və düşünürük ki, müvafiq qurumlar bu kateqoriyadan olan şəxslərin hərbi xidmətə çağırışının xüsusi əsaslarını müəyyən etmək üçün müzakirələr aparmalı və qanunvericiliyə müəyyən dəyişikliklər barədə təkliflər müzakirə olunmalıdır", - deyə nazir əlavə edib.
Məhərrəm Əliyev