Cəbrayılda şəhər gününə həsr olunmuş tədbir atəşfəşanlıqla yekunlaşıb.
Əlamətdar gün münasibətilə təşkil edilən tədbirdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidentinin Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, ziyalılar, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Cəbrayıl sakinləri iştirak edirlər.
Ətraflı Baku TV-nin süjetində:
Cəbrayılda şəhəri gününə həsr olunmuş konsert keçirilir.
Cəbrayılda şəhəri gününə həsr olunmuş konsert keçirilir.
Oxu.Az xəbər verir ki, sözügedən əlamətdar gün münasibətilə təşkil edilən tədbirdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidentinin Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, ziyalılar, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Cəbrayıl sakinləri iştirak edirlər.
Tədbir iştirakçıları konsertdən öncə Cəbrayılın qədim və müasir tarixinə, mədəni irsinə əsaslanaraq təşkil edilmiş sərgi ilə tanış olublar.
Konsertdə Xalq artistləri - Mələkxanım Eyyubova, Azər Zeynalov, Samir Cəfərov, Əməkdar artistlər - Yaqut Abdullayeva, Zahid Quliyev, Gülüstan Əliyeva, İlkin Əhmədov, müğənnilər - Vüsal Zamanov, Güllü Muradova, Rəvanə Qurbanova, Taleh Hüseynli, İlhamə Qasımova, Sona Əzizova, Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı, "Renessans" uşaq xoru çıxış ediblər.
Qeyd edək ki, ötən il iyulun 31-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan sərəncama əsasən, 4 oktyabr - Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.
Cəbrayılda şəhəri gününə həsr olunmuş konsert keçirilir.
Daha çox foto burada: Photostock.az
Məhərrəm Əliyev