İran Hərbi Hava Qüvvələrinin komandiri general-mayor Həmid Vahidi "JF-17 Block 3" çoxməqsədli döyüş təyyarələrinin alınması ilə bağlı danışıqlar aparmaq üçün Pakistana səfər edib.
Oxu.Az xəbər verir ki, bu barədə defencesecurityasia.com məlumat yayıb.
Məlum olduğu kimi, İran daha əvvəl Çindən "J-10C döyüş" təyyarələri almağa cəhd göstərmişdi, lakin İranın təyyarələrin dəyərini neft ilə ödəmək təklifi Çin tərəfindən qəbul edilməmişdi. İndi isə İran Pakistana təxminən eyni miqdarda neft təklif edərək, qarşılığında döyüş təyyarələri almaq niyyətindədir.
Bununla belə, ortada ciddi bir problem var. İranın yanacaq doldurma qabiliyyətinə malik təyyarələri yoxdur və bu səbəbdən alınacaq döyüş təyyarələrinin İrana çatdırılması çətinlik törədə bilər.
Qeyd edək ki, İran son illərdə hərbi aviasiyasını müasirləşdirmək və gücləndirmək istiqamətində fəal addımlar atır. Ölkə rəhbərliyi bölgədəki hərbi-siyasi vəziyyəti nəzərə alaraq, hərbi hava qüvvələrinin döyüş qabiliyyətini artırmağı hədəfləyir. Pakistan istehsalı olan JF-17 Block 3 təyyarələrinin alınması da məhz bu hədəfə xidmət edir.
Rəylər