Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verdi
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, başsağlığında deyilir:
“Cari ilin 12 yanvar tarixində, “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.
Sizin kədəriniz bizim də kədərimizdir.
Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq.
Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik.
Bu hadisə zamanı şəhid olmuş qəhrəman türkiyəli əsgərlərə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin”.
Rəylər