"Gələcəkdən Baxış" konsepti ilə 30 may 2024-ci il tarixində Gülüstan sarayıda 500 nəfərin iştirakı ilə baş tutacaq İnteryer Mebel Forumunun spikerləri məlum olub.
"Facemark" şirkətinin təşkilatçılığı və "Mutfakçı" şirkətinin platinum sponsorluğu, "MH Living Solutions" şirkətinin gold sponsorluğu, "La Casa Dei Sogni" şirkətinin premium sponsorluğu, "Airforce", "Alvic", "Blum Azərbaycan", "Galvamet", "Hettich", "Kandar", "Neolith", "Nolte Küchen" "Schock", "Veroquarzo" və "Başkent" restoranlar şəbəkəsinin sponsorluğu ilə 500 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq forum ölkəmizdə interyer dizayn və mebel sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.
Üç moderator və 13 spiker "Gəcəkdən Baxış" konsepti ilə "İnteryerə Yeni Baxış", " Müasir Mebel Necə Olmalıdır?", "Dizayn Peşəsinin Sirləri: A-dan Z-yə Hər Şey " panelləri üzrə sahəyə dair müxtəlif mövzuları müzakirə edəcəklər.
"Mutfakçı Azərbaycan" şirkətinin təsisçisi İlkin Manafovun moderator olduğu "İnteryerə Yeni Baxış" panelində "Chic İnteriors" şirkətinin təsisçisi Ayatc Ağakişiyeva, Zarif Emin "İnteriors" şirkətinin təsisçisi Zərif Eminbəyli, "Glasstech" şirkətinin təsisçisi Elşən Süleymanov, "Valpaint" şirkətinin kommersiya işləri üzrə direktoru Andrea Zonca, "Chalk Studio"nun təsisçisi Leyla İbrahimova və "Redesign" şirkətinin təsisçisi Tural Namazov öz təcrübələrini bölüşəcəklər.
"MH Living Solutions" şirkətinin təsisçisi Mira Hacıyevanın moderator olduğu "Müasir Mebel Necə Olmalıdır?" panelində "Embawood" şirkətinin baş direktorun kommersiya işləri üzrə müavini Zaur Quliyev, "İdea" MMC şirkətinin təsisçisi və baş direktoru İbrahim Alısoy, "Blum Azərbaycan" şirkətinin Rəhbəri Eldəniz Abdullayev, "Renner" şirkətinin İxrac sahəsi meneceri Federico Ghelfi, "Neolith" şirkətindən Anna Kotova və "BizimOda" şirkətinin təsisçisi Vüsal Əlisoy diqqət edilməli mövzulara toxunacaqlar.
"Dizayn Peşəsinin Sirləri: A-dan Z-yə Hər Şey!" panelində Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Mühit Dizaynı" kafedrasının dosenti, Beynəlxalq Memarlıq Akademiyasının professoru Nərgiz Ağayevanın, "F.Q Partners" MMC şirkətinin təsisçisi Fərid Qaçayev, "Azmob" və "123 Media" şirkətinin təsisçisi Tural Ozan, "KHALILOV"S" ARCHİTECTURE & DESIGN" şirkətinin təsisçisi Rafael Xəlilov və "GH Designo" şirkətinin təsisçisi Günay Hüseynin spikerliyi ilə baş tutacaq.
İnteryer Mebel Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (https://imforum.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
"Facebook": https://www.facebook.com/profile.php?id=61556082195755
"Instagram": https://www.instagram.com/imforumbaku/
"Linkedln": https://www.linkedin.com/company/102130255