Hollivudun "Disney" kinostudiyası avqustun 9-dan 11-dək "D23 Expo" tədbirinə ev sahibliyi edir.
Oxu.Az Variety-yə istinadən xəbər verir ki, tədbirin bir hissəsi olaraq şirkət "Avatar 3"ün adını açıqlayıb. Məşhur silsilənin yeni bölümü "Alov və Kül" adlanacaq. Qarşıdan gələn filmin posteri də nümayiş olunub.
Üçüncü hissənin premyerası 19 dekabr 2025-ci ildə baş tutacaq. "Avatar 4"ün 21 dekabr 2029-cu ildə, "Avatar 5"in isə 19 dekabr 2031-ci ildə nümayişi planlaşdırılır. Silsilənin dördüncü filminin çəkilişlərinə bu il yanvarın sonunda başlanılıb.
Rəylər