Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanəsilli müğənninin Moskva konserti də ləğv edildi
Daha çox Jah Khalib kimi məşhur olan azərbaycanəsilli hip-hop ifaçısı, repçi Bəxtiyar Məmmədovun Rusiyanın Moskva şəhərində keçiriləcək konserti də ləğv edilib.
Qazaxıstanda fəaliyyət göstərən sənətçinin “Crocus City Hall”da konserti aprelin 23-də baş tutmalı idi.
Eyni zamanda, aprelin 17-də Rusiyanın Mədəniyyət Nazirliyindən Məmmədovun Ukrayna Silahlı Qüvvələri ilə əlaqəsinin yoxlanılması tələb olunub.
Artıq tamaşaçılara biletlərin pulunu geri qaytarmağa söz veriblər.
Xatırladaq ki, ifaçının Sankt-Peterburq şəhərindəki “M-1 Arena” idman kompleksində aprelin 25-nə planlaşdırılan konserti də ləğv edilib.
Jah Khalibin sosial şəbəkə hesablarında Ukrayna xalqına dəstək olaraq, “İndi mən sizi nəinki sevirəm, həm də sizə heyranam” sözləri rusiyalıların etirazına səbəb olub. Sosial şəbəkə istifadəçiləri Rusiyanın işğalı başlayandan sonra Ukraynaya açıq dəstək verən Jah Khalibin konsertlərini ləğv etməyə çağırıblar.
Mənbə: “Mash” “Telegram”
Rəylər