Azərbaycanlı əsilli Rusiya şou-biznesinin tanınmış repçisi Jah Khalib (Bəxtiyar Məmmədov) “Youtube”da yayımlanan “Qordongildə qonaq” proqramında iştirak edib.
Oxu.Az xəbər verir ki, ulduz repçi sözügedən proqramda bakirliyini necə itirdiyini açıq şəkildə etiraf edib.
Onun sözlərinə görə yaşadığı rayonda bu məqsədlə yeniyetmə oğlanlar bir fahişənin yanına gedirdilər:
“Bu hadisə mənim yaddaşımda ömürlük travma kimi qalıb (gülür). Ehtiraslandığımı görən dostlarım mənə pul verib, fahişə yanına göndərdilər. 35 yaşlı qadının belə məsələlərdə təcrübəli idi, ağzında da bir neçə qızıl dişi var idi. Bu mənim ilk acı təcrübəm idi”.
Azərbaycanlı repçi bakirliyini itirməsindən danışdı: Dostlarım məni fahişə yanına göndərdilər - VİDEO
Qeyd edək ki, Jah Khalib (Bəxtiyar Məmmədov) 1993-cü ildə Almatıda (Qazaxıstan) azərbaycanlı ailəsində anadan olub. Uşaqlıqdan bəri repi çox sevib.
O, hər il paytaxt Bakıda keçirilən “Jara” beynəlxalq musiqi festivalında çıxış edir.
Rəşad Əliyev
Rəylər