"Yeni texnikalar payız aylarında yerə tökülən yarpaqların və digər tullantıların yığışdırılmasında istifadə ediləcək".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən (MKTD) bildirilib.
Qeyd olunub ki, ilkin mərhələdə 10 ədəd belə texnika alınaraq Səbail və Nəsimi rayonlarının kommunal xidmətlərinin istifadəsinə verilib:
"Kommunal xidmətlərin əməkdaşlarının əməyinin yüngülləşdirilməsi, küçə və prospektlərin, parkların təmizlənməsi işlərinin mexanikləşdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə bir qədər əvvəl Bakı Şəhər MKTD-nin sifarişinə əsasən yeni tozsoran texnika alınaraq Bakıya gətirilib. Bu yeni texnikalar payız aylarında yerə tökülən yarpaqların və digər tullantıların yığışdırılmasında istifadə ediləcək.
İlkin mərhələdə 10 ədəd belə texnika alınaraq Səbail və Nəsimi rayonlarının kommunal xidmətlərinin istifadəsinə verilib. Yaxın zamanlarda əlavə texnikaların gətirilməsi nəzərdə tutulub".
Aygün Mirakif
Bakıda küçələrin təmizliyində istifadə məqsədilə yeni texnikalar gətirilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.
Yeni texnikalar şəhərin Azadlıq prospekti, 160 nömrəli Klassik Gimnaziyanın qarşısında görülüb.
Texnikalardan istifadə görüntüsünü təqdim edirik: