Hollivud aktyoru Bred Pitt qızı Şaylo soyadından imtina etdikdən sonra onunla barışmağa ümid edir.
Oxu.Az bu barədə Daily Mail-ə istinadən xəbər verir.
Ulduzlara yaxın bir insayder bildirib ki, Bred Pitt dilxordur, lakin o, Şaylonun soyadını dəyişəcəyini deyib. Mənbənin sözlərinə görə, aktyor qızının qərarına hörmət edir və nə olursa olsun onu sevir. İnsayder əlavə edib ki, Pitt uşaqları ilə münasibətləri yaxşılaşdırmaq istəyir, onların nəyəsə ehtiyacı olarsa, o, həmişə kömək etməyə hazırdır.
"O, hər zaman Şaylonun və digər övladlarının yanında olacaq. Amma bundan sonra hansı addımı atacaqlarına qərar vermək onların ixtiyarındadır", - deyə mənbədən bildirilib.
Qeyd edək ki, avqustun 20-də məlum olub ki, Bred Pitt və Ancelina Colinin qızı Şaylo atasının soyadından rəsmən imtina edib. İndi 18 yaşlı qızın soyadı Coli-Pitt deyil, sadəcə Colidir.
Rəylər