Əməkdar artist Elnarə Abdullayeva açıqlamaları ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi verilişlərin birində qonaq olarkən sosial şəbəkələrdə ona yazılan bəzi şərhlərdən söz açıb:
“Məni kobud adlandırırlar, deyirlər ki, özünü xanım kimi apar. Mən camaatdan razıyam, hamını çox istəyirəm. Bilmirəm, o sözləri kimlər deyir. Üzümü onlara tuturam. Sizə incə xanım kimi özümü göstərim camaatın cibinə girim? Təbii ki, o sözü yazan xanımlardır. Sizin kimi evlər dağıdım? Mən kobudam, kənd adamıyam. Sevirsən bax, sevmirsən, niyə baxırsan? Sənə nə güc düşüb ki, orada yazırsan?! Sənə Elnarə xanım lazımdır? Sizə nə lazımdır? Mən nə edim? O gün bir adam var idi. Dedi ki, gəlinin çay gətirməyi olmaz, onu söydülər. Gətirməlidir deyəni də söydülər. Ortaq məxrəcə gələk, nə edək? Deyirlər, buna bax, üzünə botoks vurur. Halbuki üzümdə yoxdur. Dəlinin yadına daş salırlar, gedib etdirəcəyəm. Onlar niyə olmayanı yazmaqla özlərini günaha batırırlar. Məni, ya da başqasını sevmirsənsə, gördün, keç”.
Rəylər