Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hollivudda onlarla aktrisanı zorladığı üçün həbs edilən məşhur prodüser xəstəxanalıq oldu
Hollivudun məşhur prodüseri, çoxsaylı seksual xarakterli cinayətlərə görə məhkum edilmiş Harvi Vaynşteyn təcili olaraq Nyu-York həbsxanasından Manhettendəki "Bellevue" xəstəxanasına çatdırılıb.
Oxu.Az-ın "Associated Press"ə istinadla verdiyi məlumata görə, bu barədə onun vəkili xəbər verib.
Bildirilir ki, qalmaqallı prodüserin xəstəxanaya yerləşdirilməsinə səbəb qan analizi nəticələri olub.
Vaynşteynin vəkili müdafiə etdiyi şəxsin ciddi xəstəliklə əlaqədar təcili müalicəyə ehtiyacı olduğunu və vəziyyəti sabitləşənə qədər xəstəxanada qalacağını bildirib.
Hüquqşünas, həmçinin Vaynşteynin lazımi tibbi qulluqdan məhrum edilməsinin onun konstitusion hüquqlarının pozulması adlandırıb.
Qeyd edək ki, bir həftə əvvəl Vaynşteyn həbsxananı lazımi tibbi xidmət göstərməməklə bağlı məhkəməyə verib.
Oktyabrda Vaynşteynin sümük iliyində nadir xərçəng forması - xroniki miyeloleykoz aşkar edilib. Səhhətindəki problemlərə görə prodüser 2024-cü ilin iyul və aprel aylarında xəstəxanaya yerləşdirilib.
Vaynşteyn ətrafında qalmaqal 2017-ci ildə 80-dən çox aktrisanın ona qarşı seksual xarakterli təcavüz ittihamları irəli sürməsi ilə başlayıb. Bu ifşalar #MeToo hərəkatının katalizatoru olub.
2020-ci ildə prodüser Nyu-York məhkəməsi tərəfindən cinsi zorakılıq ittihamlarına görə 23 il həbs cəzasına məhkum edilib. Daha sonra Los-Anceles məhkəməsi zorlama işi üzrə onun cəzasına daha 16 il əlavə edib.
Rəylər