İsveçrədə "Miss İsveçrə" gözəllik müsabiqəsinin finalistinin amansız qətli ölkə sakinlərini şoka salıb. Belə ki, əri onu boğub, doğrayıb və blenderdə üyüdüb.
Oxu.Az-ın verdiyi məlumata görə, "Daily Mail" qorxunc cinayətin təfərrüatını təqdim edib.
Bildirilir ki, 38 yaşlı model Kristina Yoksimoviçin cəsədi Binningen şəhərində tapılıb. Müstəntiqlər belə qənaətə gəliblər ki, o, ölümündən əvvəl boğulub. Modelin ölümündə yerli mediada "Tomas" ləqəbi ilə tanınan 41 yaşlı əri təqsirkar bilinib.
Kişi iddia edirdi ki, Kristina Yoksimoviç ona bıçaqla hücum edib, sonra isə özünü doğramağa başlayıb. Ərin sözlərinə görə, sonrakı hərəkətləri özünümüdafiə aktı olub.
Lakin məhkəmə belə qənaətə gəlib ki, sonrakı hərəkətlər özünümüdafiə hüdudlarından kənara çıxır: modelin cəsədi lobzik, bıçaq və bağ qayçısı ilə doğranılıb. Sonra bədən hissələri əl blenderi ilə püre halına salınıb. Daha sonra qalıqlar kimyəvi məhlulda həll edilib.
Cütlüyü hər zaman ideal ailə kimi gördüklərini deyən ailənin yaxınları bu xəbərə inana bilmədirlərini və sarsıldıqlarını bildiriblər. Kristina ölümündən bir ay əvvəl Lüsern gölünün sahilindəki lüks oteldə əri ilə xoşbəxt olduğunu göstərən şəkil paylaşmışdı.
Bu yaxınlarda Tomas həbsdən azad edilməsi üçün apellyasiya şikayəti verib, lakin sentyabrın 12-də Lozannadakı Federal Məhkəmə onu rədd edib.
Davam edən istintaq belə nəticəyə gəlib ki, işin əsasında psixi xəstəlik əlamətləri var.
Kristina Yoksimoviç 2003-cü ildə "Miss Şimal-Qərbi İsveçrə" müsabiqəsinin qalibi olub, 2008-ci ildə isə "Miss İsveçrə" müsabiqəsinin finalçısı olub.
Elə həmin il o, modellik karyerasına yeni başlayanlar üçün kouçinq və konsaltinq agentliyi yaradıb, eyni zamanda İT sahəsində kadr seçimi sahəsində işləməyə davam edib.
Rəylər