Rusiyanın Moskva şəhərinin Taqanski Məhkəməsi müğənni Lyubov Uspenskayanın müğənni Filipp Kirkorova qarşı şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı iddiasını qismən təmin edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, məhkəmə qərarına əsasən Kirkorovdan mənəvi ziyana görə 90 min rubl (təxminən 1 650 manat) məbləğində təzminat alınacaq. Məhkəməyə səbəb müğənninin "Muz-TV" kanalına verdiyi müsahibə olub.
İddia ərizəsində Uspenskaya qeyd edib ki, cavabdeh tərəfindən bu müsahibədə ona qarşı böhtanlar səsləndirilib. Televiziya jurnalisti ilə söhbət zamanı Kirkorov Uspenskayanı "dilənçi" adlandırıb.
Rəylər