Müğənni Ledi Qaqa "TikTok" sosial şəbəkəsində hamiləliyi ilə bağlı yayılan xəbərlərə cavab verib.
Məlumata görə, 38 yaşlı ulduz yayılan videoda xəbərləri təkzib edib.
"Hamilə deyiləm, sadəcə idman zalında çarəsiz şəkildə ağlayıram", - deyə o, Teylor Sviftin mahnısından sitat gətirib.
Bundan başqa, o, heç kimin standartlarına cavab verməli olmadığına işarə edən bir cavab yazıb:
"Mən öz estetikamı tapmalı deyiləm. Mən elə estetin özüyəm. Əminəm ki, kimsə hazırda "Pinterest"də axtarış edir, məni ehtiva edən bütün təsvirləri yığır".
Bir gün əvvəl aktrisanın bacısı Natali Cermanottanın Yorkda (Men ştatı) toyunda fotolarını çəkiblər və qarnının böyüklüyü onun hamilə olduğuna şübhə yaradıb.
Mənbə: Gazeta.ru