Keçirdiyi yol-nəqliyyat hadisəsindən sonra televiziyaya redaktor kimi qayıdan tanınmış aparıcı Aytən Səfərovanın əvvəlki vəzifəsinə geri dönəcəyi deyilir.
Bu barədə yenisabah.az-a Aytən Səfərovanın keçmiş iş yoldaşı və rəfiqəsi məlumat verib.
Mənbə deyib ki, istintaq davam etdiyi üçün ötən mövsüm efirə çıxması məqbul sayılmayan aparıcı bu mövsüm yenidən efirə qayıdacaq.
O, bir neçə gün sonra Xəzər TV-nin "Xəbər ertəsi" verilişində yenidən aparıcılığa başlayacaq. Sözügedən telekanalın rəhbəri Murad Dadaşov bununla bağlı qərarını açıqlayıb.
Xatırladaq ki, ötən mövsümün sonuna qədər Aytən Səfərovanı jurnalist həmkarı Ruzana Kərimli əvəz edib.
Qeyd edək ki, aprelin 17-də saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub.
Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
Rəylər