Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mustafa Sandal aylıq gəlirini açıqladı
“Məni ağlatma” adlı kitabında Dəfnə Samyeli ilə əlaqəsi olduğunu iddia edən tanınmış müğənni Mustafa Sandal adıçəkilən xanım tərəfindən məhkəməyə verilib.
“Haber Global”ın məlumatına görə, həqiqətə uyğun olmayan informasiya yaymaqda ittiham olunan pop ulduz hakim qarşısına çıxıb.
İki ilə qədər həbsi tələb olunan M.Sandal ifadəsi zamanı aylıq gəlirlərini açıqlamalı olub.
Məşhur ifaçı ayda 25 min lirə (təxminən 6 min manat) qazandığını bildirib.
M.Sandal bəyan edib ki, o, kitabda “əlaqə” yazdığı zaman yaxın münasibətləri nəzərdə tutmayıb. Sənətçinin bu sözlərindən sonra məhkəmə ittiham tərəfinə mövqeyini yenidən nəzərdən keçirmək üçün vaxt verib.
"Mustafa Sandal" teqi üzrə xəbərlər
- Mustafa Sandalı Bakıya gətirən SƏBƏB: Dəbdəbəli toydan GÖRÜNTÜLƏR
- Sərdar Ortaç azərbaycanlı xanımla evlənəcək - FOTO
- Mustafa Sandal Bakıda: “Azərbaycan ikinci vətənimdir” - FOTO
- Köhnə əsginasları toplayan kolleksioner: “Tariximizi pulla saxlamağın tərəfdarı deyiləm” - MÜSAHİBƏ + FOTO
- Mustafa Sandal ikinci dəfə toy etdi - FOTO/VİDEO
Rəylər