Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Aİ-ni Azərbaycandan asılı edəcək daha bir meqalayihə hazırlanır - Bizdən nə danışırlar?
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, paytaxtda keçiriləcək COP29-a sayılı günlər qalıb. Azərbaycan həm etibarlı tərəfdaş kimi, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi diqqət mərkəzindədir. Analiz edilən xəbərlərdən ölkəmizə olan marağın daha da artdığını müşahidə edirik.
Rusiyanın "Vestnik Kavkaza" nəşri xəbər verir ki, BRICS Azərbaycanla Ermənistan arasında sülh prosesinə təkan verib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan "Outreach"/"BRICS+" plenar iclasında fəal müzakirədən sonra ikitərəfli görüş keçiriblər. Bu, uzun müddətdən sonra Rusiyada ilk danışıqlar raundudur.
Gürcüstan hələ də Rusiya ilə ikitərəfli və çoxtərəfli görüşlərdən uzaqlaşdığından Cənubi Qafqaz Kazanda keçirilən növbəti BRICS forumunda iki respublika tərəfindən təmsil olunub. Ermənistan və Azərbaycanın Kazan Sammitində iştirakı bütün bölgənin taleyinə mütləq təsir edəcək.
Rusiyanın "Moskva-Bakı" nəşri oxucularının diqqətinə çatdırıb ki, Azərbaycan, Rumıniya və Macarıstan Qara dənizin dibi ilə yüksək gərginlikli elektrik verilişi xəttinin çəkilməsi üzrə meqa-Avropa layihəsinin icrası üzərində işləyirlər.
"Moskva-Bakı" Gürcüstan KİV-ə istinadla xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuat konfransında deyib. "Azərbaycan, Rumıniya, Macarıstan bu istiqamətdə işləyir və bizim birgə müəssisəmiz var. Bu, Avropa İttifaqında ən uğurlu layihələrdən biri olacaq", - deyə V.Orban qeyd edib.
Məqalədə o da vurğulanır ki, Gürcüstanın, Azərbaycanın, Macarıstanın və Rumıniyanın enerji operatorları yüksək gərginlikli elektrik şəbəkəsinin çəkilməsi layihəsi çərçivəsində birgə müəssisənin yaradılması haqqında Saziş imzalayıblar.
Pakistanın "The Express Tribune" nəşri oxucuların diqqətinə çatdırıb ki, Azərbaycan-Pakistan hərbi əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib. Mənbə oktyabrın 28-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Sahir Şamşad Mirzanın rəhbərlik etdiyi nümayəndə heyətinin keçirdiyi görüşlərə diqqət çəkib.
Qeyd olunub ki, Pakistan və Azərbaycan 1992-ci ildən ticarət, müdafiə və enerji sahələrində əməkdaşlıq tarixinə malik səmimi diplomatik münasibətləri davam etdirir.
Ətraflı Baku TV-nin süjetində:
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
- Paşinyan: "İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm"
- İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
- Məmurları "WhatsApp" mesajı ilə işdən azad edən Paşinyan yeni nazirin adını da AÇIQLADI