Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Somalinin müdafiə naziri Abdulkadir Məhəmməd Nur ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə ölkələr arasında bütün istiqamətlərdə, xüsusilə də hərbi sahədə əməkdaşlığın geniş imkan və perspektivlərinin olduğu qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.