"2020-ci ildən bəri Azərbaycanda 381 nəfər mina qurbanına çevrilib".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.
"Ermənistanın davam edən mina terroru nəticəsində bu gün Qazaxda mina partlayışında yaralanan daha bir Azərbaycan vətəndaşı. Keçmiş münaqişənin bitməsinə, 2020-ci ildən bəri 381 nəfərin mina qurbanına çevrilməsinə baxmayaraq Ermənistan bu ölkənin sülh və normallaşma prosesi ilə həqiqi məşğul olmasına zidd olan mina xəritələrini verməkdən imtina etməkdə davam edir. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terrorunu davam etdirməsinə göz yummamalıdır".
Azərbaycanda 2020-ci ildən bəri 381 nəfər mina qurbanı olub
As a result of ongoing landmine terror of #Armenia, today yet another #Azerbaijan|i citizen injured in a landmine explosion in #Gazakh.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) October 14, 2024
Despite the fact that 381 people became landmine victims since 2020, end of the former conflict, Armenia continues to refuse to provide proper… pic.twitter.com/KLfzIlZqi5