"Azərbaycan üçün yalnız regionda söz sahibi olmaq yetərli deyil. Ölkəmiz qurduğu müttəfiqlər sistemi ilə birlikdə böyük oyunçuya çevrilir. ABŞ-ni də ən çox narahat edən, qıcıqlandıran məhz budur".
Bunu Baku TV-nin departament rəhbəri Turan İbrahimov bildirib.
Zəngəzur dəhlizi məsələsinin çox önəmli olduğunu vurğulayan jurnalist bunun Qərbin diqtəsi ilə açılacaq bir yol olmadığını diqqətə çatdırıb:
"Bunun da mesajını dövlət başçımız dəfələrlə verib. Təbii ki, Azərbaycan bu regionda yerləşir və regionun öz reallıqları, önəmli dövlətləri var. Onların maraqlarını nəzərə almadan burada mövcud olmaq mümkün deyil. Gürcüstan nümunəsi bizə və bizim dediklərimizin əleyhinə danışanların hamısına nəticə etibarilə gözəl arqumentdir".
T.İbrahimov qeyd edib ki, Azərbaycan bütün təzyiqlərə rəğmən, milli maraqlar kontekstində yalnız Qərbin maraqlarına uyğun olaraq proseslərin həllində maraqlı deyil:
"Azərbaycan özünün maraqlarına uyğun olaraq bərabərhüquqlu partnyorluq şəklində regionda bütün məsələlərin həll olunmasını, sülh, sabitlik istəyir. Yəni "qazan-qazan" prinsipinə uyğun olaraq öz gələcəyini qurmaq istəyir. Bu da başda ABŞ olmaqla Qərb dairələrini narahat edir. Bizə qarşı hazırda Qərbin tutduğu mövqe bununla əlaqədardır".
Ətraflı Baku TV-nin süjetində:
"Azərbaycan üçün yalnız regionda söz sahibi olmaq yetərli deyil. Ölkəmiz qurduğu müttəfiqlər sistemi ilə birlikdə böyük oyunçuya çevrilir. ABŞ-ni də ən çox narahat edən, qıcıqlandıran məhz budur".