BRICS üzv dövlətlərinin başçıları Kazanda (Rusiya Federasiyası) keçirilən sammitdə birliyə yeni üzvlərin qəbul edilməməsi və bəzi ölkələrə birliyin tərəfdaş statusunun verilməsi barədə qərar qəbul ediblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı məlumat verib.
"BRICS dövlət başçıları Kazanda keçirilən görüşdə 30-35 ölkənin birliyə üzv olmaq xahişinə cavab olaraq qərara alıblar ki, hazırda qrupa yeni üzvlər qəbul edilməyəcək və bəzi ölkələr BRICS-ə tərəfdaş qismində qoşulacaqlar", - nazirin sözlərini IRNA agentliyi təqdim edib.