Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ceyhun Bayramov iraqlı həmkarı ilə Yaxın Şərqdə cari regional vəziyyəti müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İraqın Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Yaxın Şərqdə cari regional vəziyyət, bölgədə artan gərginlik, habelə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazir Fuad Hüseyn bölgədəki son hadisələr barədə ətraflı məlumat verərək, münaqişənin genişlənməsinin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.
Qarşı tərəf bir neçə gün sonra ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) son hazırlıq işləri ilə bağlı məlumatlandırılıb, mümkün əməkdaşlıq sahələrinə toxunulub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü
- COP29-da iqlim maliyyəsi öhdəliyinin 170 milyard dollaradək artırılmasına razılıq əldə olundu
- Boykot uğursuz oldu, Qreta autda: COP29 - Azərbaycanın siyasi qələbəsidir
- Ceyhun Bayramov: "Fransanın bəhanə ilə iqlim mövzusundan kənar qalması yanlış addımdır"
- Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində SON VƏZİYYƏT