Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq ilə görüşüb.
Oxu.Az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verirlib.
Görüş zamanı Azərbaycan və Malta arasında qarşılıqlı hörmətə əsaslanan dostluq və faydalı əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə siyasi dialoqun intensivləşdirilməsi, yüksək səviyyəli səfərlərin dinamikasının artırılması və eləcə də beynəlxalq təşkilatlar çərçivəsində təmasların gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüş zamanı ATƏT gündəliyində duran məsələlər və regional inkişaflar barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-ATƏT əməkdaşlıq gündəliyinin əsas prioritetləri barədə məsələlərə toxunulub.
Həmçinin Azərbaycanın cari ildə ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Maltanın ATƏT sədrliyi ilə mümkün əməkdaşlıq barədə müzakirə aparılıb.
COP29 sədrliyimizin 14 əsas təşəbbüs və bəyanlar ilə müəyyən olunmuş məqsədləri dəstəkləməklə yanaşı, onlara çatmaq üçün müvafiq alətlərin də təmin olunmasına fokuslandığı bildirilib.
Postmünaqişə dövründə regionumuzda mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə qarşı tərəfə ətraflı məlumat verilib. Ermənistan qanunvericiliyində Azərbaycana qarşı davam edən ərazi iddialarının bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdid törədən əsas amil olduğu vurğulanıb.
Eyni zamanda, Ermənistan tərəfindən Minsk Qrupu kimi aktuallığını itirmiş təsisatların gündəmdə saxlanılması səylərinin qəbuledilməzliyi diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində maltalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə C.Bayramov "X" səhifəsində paylaşım edib.
"Azərbaycan-Malta əməkdaşlığı, Azərbaycan-ATƏT münasibətləri, münaqişədən sonra regiondakı normallaşma prosesi və COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıldı", - paylaşımda vurğulanıb.
On the sidelines of #UNGA79, @Bayramov_Jeyhun, Minister of Foreign Affairs of #Azerbaijan 🇦🇿 had a meeting with @OSCE24MT CiO, @DeputyPMIanBorg, Minister for Foreign, Trade and European Affairs of #Malta 🇲🇹.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 24, 2024
Azerbaijan 🇦🇿 - Malta 🇲🇹 cooperation, @Azerbaijan-@OSCE agenda,… pic.twitter.com/f7zkTvHkvU