Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Daha 200 nəfər doğma Cəbrayıl şəhərinə qayıdır
Cəbrayıl şəhərinə növbəti köç karvanı Bakının Qaradağ rayonundan yola salınıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 40 ailə - 200 nəfər köçürülür.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 40 ailə - 200 nəfər köçürülür.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan bərpa-quruculuq layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Məhərrəm Əliyev
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev kredit büroları ilə bağlı qanunda dəyişikliyi TƏSDİQLƏDİ
- İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
- Prezident İlham Əliyev bir sıra ölkə rəhbərlərini təbrik edib
- Azərbaycanda rektor vəzifəsindən azad edildi
- Prezident torpaq icarəsi barədə qanunda dəyişiklikləri TƏSDİQLƏDİ