Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Deputatdan təklif: "Milli Məclis sədrinə səlahiyyət verilsin"
"Bildiyiniz kimi, bu günlərdə Niderland parlamenti Azərbaycanla bağlı iki bədnam qətnamə qəbul etdi və Milli Məclis adından onlara layiqli cavab verildi. Ona görə də hesab və təklif edirəm ki, Milli Məclisdə iclaslararası bəyanatlarla çıxış etmək üçün rəyasət heyətinin formalaşdırılmasına ehtiyac var".
Oxu.Az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, daxili nizamnaməyə görə Milli Məclis sədrinin səlahiyyətlərinə müavinləri və komitə sədrləri ilə birgə illik planları hazırlayıb bunu Prezident Administrasiyası ilə razılaşdırmaq daxildir:
"Amma kollegial qurumun yaranması da müzakirə edilə bilər və ya Milli Məclis sədrinə səlahiyyət verilsin ki, iclaslararası dövrdə bəyanatla çıxış etsin. Çünki buna hazırda ehtiyac var".
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ