Sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkidə 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Qələndər Muxtarlının şikayətinə baxılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK-nın katibi Arifə Muxtarovanın təqdimatına əsasən, şikayətçinin müraciəti araşdırılıb, lakin onun təqdim etdiyi 87 videonun 40-dan çoxu digər seçki dairələrinə aid olub. Həmçinin bu görüntülərdə seçicilərin iradəsinə zidd olan qanun pozuntuları müəyyən edilməyib. Bu baxımdan, Qələndər Muxtarlının müraciəti ilə bağlı dairə seçki komissiyası düzgün qərara gəlib, müraciəti təmin etməyib. Ona görə də DSK-nın qərarı mübahisələndirilmədən saxlanılmalıdır. Qərar dərc edildiyi gündən qüvvəyə minsin.
Mərahim Nəsib